Birləşmiş Ərəb Əmirliklərindən olan Məhəmməd Əhməd Əl-Yamahi Ərəb Parlamentinin yeni sədri seçilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Misirin paytaxtı Qahirədə keçirilən görüşdə Əl-Yamahi iki il müddətinə parlamentə sədrlik edəcəyi bildirilib.
Onun bəhreynli sələfi Adel bin Abdul Rahman Əl-Asumi iki dəfə ard-arda Ərəb Parlamentinə sədrlik edib.
Ərəb Parlamentinin sədri Məhəmməd Əhməd Əl-Yamahi öz çıxışında vurğulayıb ki, ərəb xalqının üzləşdiyi problemlər ilə mübarizə parlamentin iştirakçılarından qeyri-ənənəvi səylər və həll yolları tələb edir.
Əl-Yamahi Ərəb Parlamentinin təkcə ərəb məsələlərini müdafiə etmək üçün deyil, həm də ərəb ölkələrinin səsini dünyaya çatdırmaq üçün bütün regional və beynəlxalq parlament forumlarında fəal çalışacağını vurğulayıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...