Qlobal istixana qazlarının intensivliyi 2023-cü ildə rekord səviyyəyə çatıb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ümumdünya Meteorologiya Təşkilatı - WMO "İstixana qazlarının intensivliyi və onun havanın temperaturuna təsiri haqqında" hesabat dərc edib.
Hesabatda istixana qazı konsentrasiyalarının 2023-cü ildə rekord səviyyəyə çatdığı və bunun önümüzdəki illərdə temperaturun artmasına səbəb olacağı xəbərdarlığı edilib.
Bəlli olub ki, karbon qazı atmosferdə əvvəlkindən daha sürətlə toplanır. Son 20 il ərzində karbon qazının konsentrasiyası 11,4 faiz artıb.
2023-cü ildə atmosferdə karbon qazının artması 2022-ci ilə nisbətən daha yüksək olub.
Karbon qazı emissiyalarının böyük bir hissəsi atmosferdə qalıb ki, bunun dörddə birindən çoxu okeanlar, təxminən 30 faizi isə quru ekosistemləri tərəfindən udulub. (Lakin bu nisbətlər təbii hadisələrdən asılı olaraq hər il dəyişir.)
Hesabatda fikirlərinə yer verilən WMO-nun baş katibi Seleste Saulo (Celeste Saulo) atmosferdəki istixana qazı konsentrasiyasının yenidən rekord həddə çatdığını xatırladaraq deyib: "Bu, siyasətçilər arasında həyəcan təbili çalmalıdır. Biz açıq şəkildə Paris Sazişinin qlobal istiləşməni 2 dərəcə Selsidən xeyli aşağı məhdudlaşdırmaq və temperatur artımını sənayedən əvvəlki orta göstəricidən 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq məqsədini yerinə yetirməkdən uzaqlaşırıq. Bunlar sadəcə statistika deyil. Hər dərəcə temperatur artımı insan həyatına və planetə mənfi təsir edir".
WMO baş katibinin müavini Ko Barret də qeyd edib ki, "Hesabatdakı məlumatlar potensial bir qapalı dairə ilə üzləşdiyimiz barədə xəbərdarlıqlardır. Təbii iqlim dəyişkənliyi karbon dövriyyəsində böyük rol oynayır. Lakin yaxın gələcəkdə iqlim dəyişikliyinin özü ekosistemlərin daha böyük istixana qazları mənbəyinə çevrilməsinə səbəb ola bilər. Meşə yanğınları atmosferə daha çox karbon emissiyası buraxır, isti okean isə onu daha az udur. Ona görə atmosferdə qlobal istiləşmə arta bilər. Bu iqlim rəyləri insanlar üçün bir SOS siqnalıdır".
Şimali Koreyanın müharibədə iştirakına görə...
Pentaqonun sözcüsü, general Patrik Rayder gündəlik mətbuat konfransında sualları cavablandırarkən deyib ...
Bu artımda təkcə Çeçenistan istisnadır...