Dünya

  • 1 081

Ukrayna Rusiyanın Xantı-Mansiysk vilayətində əməliyyat keçirib

Bələdiyyə binası və polis avtoparkı yandırılıb...

image

...Dünən, oktyabrın 28-də Rusiya Federasiyasının Xantı-Mansiysk Muxtar Dairəsinin Meqion şəhərində yerli administrasiya binası yanıb. Yanğın ən azı beş polis avtomobilini sıradan çıxarıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukraynaya Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələr bildirib.

Ukrayna Dövlət Kəşfiyyat Xidmətinin əməliyyatı çərçivəsində meriya binasının birinci mərtəbəsindəki sınmış pəncərələrə napalm tökülüb, daha sonra yandırılıb.

Bundan əlavə, Federal Təhlükəsizlik Xidmətinin qaynar xəttinə binanın minalanması barədə məlumat daxil olub. Təhlükəsizlik xidmətləri binada həqiqətən də partlayıcı maddə olub-olmadığını anlamağa çalışarkən, yanğınsöndürənlər aktiv işləmək üçün icazə gözləyirdilər.

Bu arada yanğın sürətlə böyüyərək ofis, mer müavininin kabineti və bir neçə başqa binanı məhv edib.

Megionun xüsusi və xilasetmə xidmətlərinin bütün diqqəti və resursları meriyadakı yanğının söndürülməsinə cəmləndiyi halda, mühafizə olunan dayanacaqda artıq napalm polis maşınlarının üzərinə tökülmüşdü.

Bu ikinci yanğın ən azı beş yerli polis avtomobilini məhv etdi.

...Genişmiqyaslı müharibə başlayandan bəri Ukraynanın Baş Kəşfiyyat İdarəsi Rusiya ərazisində işğalçı ölkənin hərbi və siyasi strukturlarının sabitliyini pozmağa yönəlmiş müxtəlif əməliyyatlar həyata keçirir.

Ukrayna kəşfiyyatı kəşfiyyat, təxribat və informasiya əməliyyatlarından istifadə etməklə, tez-tez pilotsuz uçuş aparatlarından, kiberhücumlardan, strateji yerlərdə bombardmanlardan, logistika mərkəzlərinə, neft çənlərinə, dəmir yollarına və hava bazalarına hücumlardan istifadə etməklə hibrid döyüşlərdə fəaldır.

Əli Babayev

Digər xəbərlər