Texas ştatının Türk icmasını təmsil edən Texas Türk Cəmiyyətinin (Turkish Society of Texas - TÜRKSOTX) təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətin 101-ci ildönümü münasibətilə bayram gecəsi keçirilib
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Texas ştatının böyük rayonlarından olan Planonun meri Con Mans (John Muns) oktyabrın 29-nu şəhərdə Türkiyə Cümhuriyyəti Günü elan edib. SİA-nın əldə etdiyi məlumata görə, Texas ştatının Türk icmasını təmsil edən Texas Türk Cəmiyyətinin (Turkish Society of Texas - TÜRKSOTX) təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə bayram gecəsi keçirilib.
Respublika Bayramının coşğu ilə qeyd edildiyi tədbirdə müğənni Fərhad Göçer, Müjde Kızılkan və İskender Paydaş orkestri ifa edib.
Plano Bələdiyyə başçısı C.Mans çıxışında deyib: "29 oktyabr tarixini Planoda Türkiyə Cümhuriyyəti Günü elan etdiyimiz bəyannamədə də vurğulayırıq ki, şəhərin müxtəlifliyində Türk-Amerika icması mühüm rol oynaır. Mən bütün vətəndaşları Plano Şəhər Şurasına bu 101 illik yubileyi qeyd etməyə dəvət edirəm".
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...