Dünya

  • 4 521

Ukrayna hərbçiləri Bryansk vilayətinə girəcəkmi?

Minsk neftsiz qala bilər

image

Rusiya Federasiyasının Bryansk vilayətində Kursk vilayəti ilə ssenarinin təkrarı tamamilə mümkündür. SİA-nın əldə etdiyi məlumata görə, bunu hərbi ekspert, təlimatçı pilot, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan bunu Kanal 24-ə şərhində deyib.

O, Ukraynanın Semenovkasından çox da uzaq olmayan Klimovo kəndi istiqamətində Ukrayna Müdafiə Qüvvələrinin daxil olması ilə bağlı yerli hakimiyyət orqanlarının bəyanatlarını xatırladıb.

Ekspertin sözlərinə görə, Klimovo əvvəllər Konotop aviabazasının yay aerodromu kimi xidmət edib, hazırda burada köhnə sovet texnikası anbarı yerləşir.

Bundan əlavə, ruslar Çerniqov vilayətinə doğru irəliləmək üçün ora əlavə qüvvələr yerləşdiriblər.

...Yazdan bəri ruslar üç yerə - Volçanska, Sumıya və Çerniqov vilayətinə hücum təşkil etməyə çalışırlar. Bu yeri, eləcə də Kursk istiqamətini tərksilah etmək vacibdir.

Bunu deyən Svitan onu da vurğulayıb ki, "Drujba" neft kəməri Klivomoye yaxınlığından keçir və 40 kilometr aralıda Uneça kəndində paylayıcı stansiya var.

Əgər bunu nəzarət altına alsaq, Viktor Orban, Robert Fiko, Aleksandr Lukaşenko neftsiz qalacaq. Bu, çoxdan edilməli idi.

Bunu da ekspert vurğulayıb.

Əli Babayev

Digər xəbərlər