PDF Oxu

Dünya

  • 1 892

61 yaşlı təqaüdçü qadın 62 yaşlı ərini sinəsindən vurub

61 yaşlı təqaüdçü qadın 62 yaşlı ərini sinəsindən vurub

Sankt-Peterburqda 61 yaşlı təqaüdçü 62 yaşlı ərini sinəsindən bıçaqla vuraraq öldürüb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburqdakı MK hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Polis meyiti mənzildə tapıb.

Mərhumun dul arvadı saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının müəyyən etdiyi kimi, qadın əri ilə dava edib və onun ürək nahiyəsinə bıçaq xəsarəti yetirib. Polis şübhəli şəxsi şöbəyə gətirib.

Ona qarşı "xırda xuliqanlıq" maddəsi ilə inzibati ittiham irəli sürülüb. Yoxlama başlayıb. Cinayət işinin başlanması məsələsi həll edilir.

Nazlı Almuradova

Digər xəbərlər