İranın xarici işlər naziri Abbas Əraqçi Qəzza zolağı və Livanda baş verənlər fonunda nümayəndələrinin insan həyatının dəyərindən danışan Avropa İttifaqını ikiüzlülükdə ittiham edib. "Avropa sadəcə ikiüzlülük simvoludur" deyə Əraqçi X-də yazıb.
Nazir vurğulayıb ki, Qərb siyasətçiləri, o cümlədən Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell "insan həyatının və ləyaqətinin qorunması zərurətindən" danışarkən, utanmadan Qəzzada fələstinlilərin soyqırımını və Livanda insanların öldürülməsini dəstəkləyirlər.
Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini çağırıb, həmçinin Almaniyanın Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Berlindən verilən məlumata görə, bu cür addımlar İran və Almaniya vətəndaşlığı olan Cəmşid Şarmaxdın edamına etiraz olaraq atılıb. 2023-cü ildə İranın Ali Məhkəməsi onu terrorizmdə ittiham edərək edam cəzasına məhkum edib. Hökm Almaniya hakimiyyəti və Avropa İttifaqınümayəndələri tərəfindən pislənib.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...