Meksikanın mərkəzindəki Tlaxcala əyalətində fəaliyyət göstərən polad zavodunda baş verən partlayışda 12 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Meksika mətbuatında çıxan xəbərə görə, ştatın San Kosme Xaloztoc qəsəbəsindəki polad zavodunda partlayış olub.Partlayış nəticəsində 12 nəfər ölüb, bir çoxu yaralanıb, bəzilərinin vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya çatdırılıb. Tlaxcala əyalətinin qubernatoru Lorena Kuellar açıqlamasında polad zavodunda qazanda partlayış olduğunu və hadisənin prokurorluq tərəfindən hərtərəfli araşdırıldığını bildirib.Hadisə ilə bağlı böyük kədər duyduqlarını bildirən Kuellar deyib: "Mərhumların ailələri ilə həmrəyəm, onları bu çətin zamanda tək qoymayacağıq".
Kreml hətta Moskvanı belə qorumağa qadir deyil...
Mətbuat katibi Peskovdan möhtəşəm bir şərh...
“Mühasib” Merts yenə də Kremlə hər cəhətdən xoş bir insan kimi görünəcək...
“Dəhşətli və amansız” Putinə nə oldu?
Rusiya vətəndaşlarının ölkədən çıxışı avtomatik olaraq qadağan olunacaq...
Netanyahu İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərini tənqid edən bir filmə görə İsrail rejissorlarının vətəndaşlığının ləğvi çağırışlarına qoşulub...
Putinin agentləri Vaşinqton yaxınlığında sui-qəsd planlaşdırıblarmı?