Dünya

  • 825

Riqada rus komandirinin abidəsi sökülüb

Mixail Barklay de Tollinin abidəsini gecə söküblər...

image

...Riqada Rusiyanın hərbi lideri və dövlət xadimi, feldmarşal general Mixail Barklay de Tollinin Esplanad meydanında ucaldılmış abidəsi sökülüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə şəhərin vitse-meri Edvards Ratnieks X sosial şəbəkəsində məlumat verib.

...De-Tolli yıxıldı - Riqa daha təmiz və daha Latviyaya çevrilir! Bunların sayəsində biz təkcə kağız üzərində deyil, həm də şüurumuzda azad oluruq. Biz şəhərimizin, ölkəmizin ağalarıyıq. Çünki Latviya bizim hər birimizin məsuliyyətidir!.

Bunu Riqa merinin müavini yazıb.

Maraqlıdır ki, abidənin sökülməsi gecə saatlarında baş tutub. Söküntü zamanı işçilər komandirin heykəlinin qoyulduğu postamenti də yığışdırıblar.

Xatırladaq ki, oktyabrın 11-də Riqa Şəhər Şurasının maliyyə və inzibati məsələlər üzrə komissiyası bir neçə abidənin, o cümlədən Maykl Barklay de Tollinin abidəsinin sökülməsini təsdiqləyib.

Sökülmənin təşəbbüskarı Ratnieks idi və heykəlin "Rusiya İmperiyasının tərənnümü və ruslaşdırmanın tərifini" simvolizə etdiyini bildirib.

Əli Babayev

Digər xəbərlər