Rusiya Türkiyədən kərə yağı idxal etməyə başlayıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Rusiya Qida Təhlükəsizliyi Təşkilatının (Rosselxoznadzor) verdiyi açıqlamada oktyabrın 27-dən etibarən Türkiyədən kərə yağı idxalına başlanıldığı bildirilib.
Açıqlamada oktyabrın 29-dək ümumilikdə 20 ton məhsulun idxal edildiyi qeyd edilib.
Rusiya Kənd Təsərrüfatı Nazirliyi ölkədə kərə yağının bahalaşması ilə əlaqədar silsilə tədbirlərin görüləcəyini açıqlayıb.
Ölkədəki qida istehsalçıları və tədarükçülərini bir araya gətirən "Rusiya Birliyi"ndən mövzu ilə bağlı TASS agentliyinə verilən açıqlamada süd qiymətlərindəki artımın, logistika və qablaşdırma xərclərinin kərə yağının qiymətinə mənfi təsir göstərdiyi bildirilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...