İndoneziyanın Flores adasında vulkan püskürməsi baş verib. İlkin məlumata görə, təbii fəlakət nəticəsində 9 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, püskürmədən sonra yaxınlıqdakı kənddə bir neçə ev, o cümlədən monastır yanıb. Səlahiyyətlilər bir rahibə də daxil olmaqla 8 nəfərin həyatını itirdiyini, bir nəfərin isə itkin düşdüyünü bildirib. Ötən həftədən bəri bölgədə silsilə partlayışlar baş versə də, səlahiyyətlilər Lewotobi Laki Laki dağı üçün xəbərdarlıq statusunu ən yüksək səviyyəyə qaldırıb.
Vulkan keçən həftədən etibarən hər gün iki min metrə qədər qalın qəhvəyi kül havaya püskürür. "Sakit okean od halqası" zəlzələ və vulkan qurşağında olan İndoneziyada 130 aktiv vulkan var.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...