PDF Oxu

Dünya

  • 1 180

Erməni konyakının adı dəyişdiriləcək

image

İrəvan "erməni konyakı"nın adını dəyişdirərək erməni konyakına çevirmək qərarına gəlib. SİA-nın əldə etdiyi məlumata görə, bunu iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

O qeyd edib ki, "konyak" adı Avropa İttifaqı tərəfindən qorunan coğrafi göstəricidir.

...Görülən işlərin nəticəsi olaraq "erməni konyakı" adı əvəzinə erməni brendi adı təklif edilib.

Bunu deyən Papoyanın sözlərinə görə, İrəvan yeni adla bağlı artıq Avropa İttifaqının müvafiq orqanlarını məlumatlandırıb. Papoyan həmçinin qeyd edib ki, Ermənistan və Avropa İttifaqı arasında yeni brendin təşviqi üçün noyabrın ikinci yarısından başlayacaq proqram təsdiqlənib.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, erməni alkoqollu məhsulları konyak adlandırmaq olmaz, çünki konyak adı "Fransanın qeyri-maddi dəyəridir". Onun sözlərinə görə, ölkədə kök salmış bu ifadə kənardan ancaq təbəssüm yaradır.

Əli Babayev

Digər xəbərlər