Ukrayna Xarici işlər naziri Andrey Sibiqa Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığı gücləndirərək Rusiya-Ukrayna müharibəsində ədalətli və davamlı sülhü daha da yaxınlaşdırmaq üçün birlikdə çalışacaqlarını bildirdi.
O, "X" hesabında paylaşım edərək Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampı bu gün təbrik etdiyini xatırladıb.
SİA-nın əldə etdiyi məlumata görə, Zelenski və Tramp arasında uzunmüddətli, konstruktiv və nəticə yönümlü bir dialoqun mövcud olduğunu vurğulayan Sibiqa bu ifadələri işlədib: "Ukrayna-ABŞ strateji tərəfdaşlığını gücləndirmək və hərtərəfli, ədalətli və davamlı sülhü daha da yaxınlaşdırmaq üçün birlikdə çalışacağıq. Amerikanın qətiyyətli liderliyinə güvənirik."
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...