...İsrail qırıcıları Beyrutun Rafik Həriri Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən cənub bölgələrinə zərbələr endirib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı məlumat yayıb.
Partlayış səsləri hava limanının uçuş zolağından bir neçə yüz metr aralıda eşidilib. Bildirilir ki, İsrail təyyarələrinin aktivliyinə və güclü zərbələrə baxmayaraq, Beyrut hava limanı adi qaydada fəaliyyətini davam etdirir.
Oktyabrın 30-da Livan Hizbullah hərəkatının yeni baş katibi Naim Qassem seçildikdən sonra ilk çıxışında tərəfdarlarına İsrail üzərində qələbə vəd edib.
Noyabrın 1-nə keçən gecə Livanın paytaxtı Beyrutun cənub hissəsində İsrail qırıcı və pilotsuz təyyarələrinin hücumundan sonra ən azı 10 güclü partlayış baş verib.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...