“Pakistan Talibanı” (TTP) son dövrdə bölgədə hücumlarını artırdığı ilə tanınır
Pakistanda iki fərqli terror hücumunda 6 nəfər həlak olub, 5 nəfər isə yaralanıb. SİA xəbər verir ki, Polis rəsmilərinin verdiyi məlumata görə, dünən Cənubi Vəziristan bölgəsində təhlükəsizlik qüvvələrini daşıyan bir maşının keçidi zamanı yol kənarına yerləşdirilmiş bomba partlayıb. Partlayışda polislərdən 4-ü həyatını itirib, 5-i isə yaralanıb. Terror aktını hələ heç bir qrup üzərinə götürməsə də, "Pakistan Talibanı" (TTP) son dövrdə bölgədə hücumlarını artırdığı ilə tanınır.
Digər tərəfdən, TTP-nin Xaybər Paxtunxva əyalətindəki Tira vadisi yaxınlığına atdığı bildirilən minaatan mərmisi yolun kənarına düşüb. Hücum zamanı iki məktəbli həyatını itirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...