Türkiyenin Milli Müdafiə Nazirliyi (MSB) İraq və Suriyanın şimalında davam edən əməliyyatlarla bağlı məlumat verib
Son bir həftədə separatçı terror təşkilatı PKK/YPG-nin üzvü olan 38 terrorçu zərərsizləşdirilib. SİA xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) İraq və Suriyanın şimalında davam edən əməliyyatlarla bağlı məlumat verib. Məlumata görə, həyata keçirilən terrorla mübarizə əməliyyatlarında son bir həftədə 38 terrorçu zərərsizləşdirilib. Bununla da 1 yanvardan bu günə qədər zərərsizləşdirilənlərin sayı 2 min 457-yə çatıb.
Məlumatda terrorla mübarizənin davam etdiyi vurğulanıb. Terror təşkilatından ayrılmalar da davam edir. Son bir həftədə terror təşkilatının sığınma sahələrindən qaçan daha 2 terrorçu Cizrə və İğdıra yaxın sərhəd məntəqələrinə təslim olub.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...