PDF Oxu

Dünya

  • 2 959

“Ahıska türklərinə dəstəyimizi davam etdirəcəyik”

image

Xarici işlər naziri Hakan Fidan dünyanın müxtəlif ölkələrinə yayılmış sayı 500 minə çatan Ahıska türklərinə istənilən dəstəyi davam etdirəcəklərini bildirib. SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, nazir Fidan "X" sosial media hesabında Ahıska türklərinin deportasiyasının ildönümü ilə bağlı paylaşım edib.

14 noyabr 1944-cü ildə Gürcüstanın Ahıska bölgəsində təxminən 100 min Ahıska türkünün vətənindən sürgün edildiyini xatırladan H.Fidan sürgün zamanı həyatını itirənlərə Allahdan rəhmət diləyib.

Fidan vətənindən didərgin düşmüş bütün Ahıska türklərinin dərdinə şərik olduğunu bildirib.

Nazir Fidan "Ahıska türklərinin vətənlərinə qayıtmalarının uğurla başa çatmasını qətiyyətlə dəstəkləyirik. Ahıska türklərinin vəziyyətini beynəlxalq platformalarda, xüsusilə Avropa Şurasında və Gürcüstan səlahiyyətliləri qarşısında daimi olaraq təqib edirik" deyib.

Gürcüstandakı ahıskalı ailələrin ehtiyaclarını ödəmək və yaşadıqları bölgələrdə iqtisadi cəhətdən inkişaf etmələri üçün layihələr həyata keçirdiklərini qeyd edən nazir Fidan ahıskalı gənclərə təqaüd imkanları təqdim etdiklərini açıqlayıb.

Bir çox ahıskalıya istisnai vətəndaşlıq və uzunmüddətli yaşayış icazəsi verdiklərini bildirən Hakan Fidan Rusiya-Ukrayna müharibəsinin başlaması ilə çətin vəziyyətdə olan ahıskalıları tək qoymadıqlarını, Türkiyəyə təhlükəsiz şəkildə çatmalarına köməklik göstərdiklərini qeyd edib.

"Sayı 500 minə çatan, dünyanın müxtəlif ölkələrinə yayılan Ahıska türklərinin birlik və şəxsiyyətlərini qoruyub saxlamaları və yeni nəsillərə ötürmələri üçün əlimizdən gələn dəstəyi verməyə davam edəcəyik", deyə nazir qeyd edib.

Digər xəbərlər

Tramp İran rejiminə necə hücum edə bilər..?

İqtisadi təzyiqdən Ali Liderin vəzifədən uzaqlaşdırılmasına qədər...

1803-cü ildə Yaponiya sahillərinə qəribə bir gəmi enib və...

...tarixçilər hələ də bunun nə olduğunu anlaya bilmirlər

Reuters: Tramp impiçmentdən qorxur...

Respublikaçılar ABŞ prezident administrasiyasına xəbərdarlıq ediblər...

Niyə Putinin uşaqları ingilis, alman dilini deyil, məhz Çin dilini öyrənirlər?

Çin Rusiyadan hər şeyi, hətta Moskva ofislərini də sıxışdırır...

Çin Mərkəzi Asiya ölkələrinə investisiyalarını təxminən ikiqat artırıb

Özbəkistan Çin kapital axınlarının hərəkətverici qüvvəsinə çevrilib...

ABŞ İraqı dollar çatışmazlığı ilə hədələyir

Şiə milisləri təsirlərini əhəmiyyətli dərəcədə artırıblar...