Xarici turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,03 faiz artıb.
İlin ilk 10 ayında Türkiyəyə 54 milyon 629 min 687 nəfər səfər edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Mədəniyyət və Turizm Nazirliyinin verdiyi açıqlamaya görə, turistlərin 47 milyon 306 min 764 nəfəri əcnəbi olub.
Xarici turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,03 faiz artıb.
İlin ilk 10 ayında Türkiyəyə ən çox turist göndərən ölkələr sırasında Rusiya Federasiyası ötən ilin eyni dövrü ilə müqayisədə 7,05 faiz və 6 milyon 249 min 998 nəfər artaraq birinci, Almaniya isə ikinci yerdə qərarlaşıb. 6,43 faiz və 6 milyon 83 min 421 nəfər artımla ikinci, İngiltərə 16,98 faiz və 4 milyon 209 min 967 nəfər artımla üçüncü yerdə qərarlaşıb. İngiltərəni İran və Bolqarıstan izləyib.
Oktyabr ayında Türkiyəyə gələn xarici turistlərin sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə 9,25 faiz artaraq 5 milyon 448 min 459 nəfərə çatıb.
Oktyabr ayında Türkiyənin ən çox turistə ev sahibliyi etdiyi ölkələr siyahısında Almaniya əvvəlki ilin eyni ayı ilə müqayisədə 7,59 faiz və 925 min 928 nəfər artımla birinci, Rusiya Federasiyası 15,53 faiz və 776 min 618 nəfərlə ikinci, iİngiltərə 20,19 faiz və 530 min 586 nəfər artımla üçüncü yerdə qərarlaşıb. İngiltərəni İran və Bolqarıstan izləyib.
Finlandiya prezidenti Davosda Rusiya iqtisadiyyatı ilə bağlı qərarını verdi…
Mübahisəli televiziya aparıcısı qəfildən efirdən yoxa çıxıb...
Görüş təxminən bir saat davam etdi...
AB liderləri ABŞ-ın zəmanətlərinə şübhə ilə yanaşırlar...
Başqa bir əsas alıcıdan tələbatın kəskin azalması səbəbindən...
O, aldatma yolu ilə ölkəyə gətirilib..?
Ukrayna kəşfiyyatı detalları öyrənib...
Avropa Parlamenti Ukrayna üçün 90 milyard avroluq kreditin sürətləndirilmiş nəzərdən keçirilməsini təsdiqlədi.