Braziliyanın şərqində dağ yolunda avtobusun aşması nəticəsində azı 17 nəfər həlak olub və təxminən 30 nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə yerli G1 portalı məlumat yayıb.Hadisə Alaqoas ştatının Unian-dos-Palmaris bələdiyyəsində yerləşən Serra-da-Barriqa yaşayış məntəqəsi yaxınlığında baş verib. Portalın məlumatına görə, avtobusda 40 nəfər olub. Qəza nəqliyyat vasitəsinin texniki nasazlığı səbəbindən baş verib və nəticədə sürücü idarəetməni itirib.İlkin olaraq Alaqoas ştatının iqtidar orqanları 23 nəfərin həlak olduğunu bildiriblər, lakin sonradan bu rəqəmi 17-yə endiriblər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...