İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ölkəsinin nüvə fəaliyyətinin şəffaf olduğunu və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarətində həyata keçirildiyini bildirib. SİA-nın məlumatına görə, İslami kabinet iclasından sonra mətbuat mənsublarının suallarını cavablandırıb.
O deyib: "İranın nüvə proqramı və marşrutu aydındır. O, şəffaf və sülhpərvərdir. Bizim bütün fəaliyyətlərimiz BAEA-nin nəzarəti altında və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsindədir".
Proqram çərçivəsində uranın zənginləşdirmə səviyyəsinin maksimum 60 faiz olaraq təyin edildiyini ifadə edən İslami "Fərqli hədəflərə görə fərqli zənginləşdirmə dərəcələrimiz var. Əhəmiyyətli olan odur ki, səmərəliliyi artıra bilərik" deyib.
Qeyd edək ki, İran və İngiltərə, Fransa və Almaniya xarici işlər nazirlərinin müavinlərinin noyabrın 29-da İsveçrənin Cenevrə şəhərində İranın nüvə proqramı və regional hadisələri müzakirə etmək üçün görüşəcəkləri gözlənilir.
Finlandiya prezidenti Davosda Rusiya iqtisadiyyatı ilə bağlı qərarını verdi…
Mübahisəli televiziya aparıcısı qəfildən efirdən yoxa çıxıb...
Görüş təxminən bir saat davam etdi...
AB liderləri ABŞ-ın zəmanətlərinə şübhə ilə yanaşırlar...
Başqa bir əsas alıcıdan tələbatın kəskin azalması səbəbindən...
O, aldatma yolu ilə ölkəyə gətirilib..?
Ukrayna kəşfiyyatı detalları öyrənib...
Avropa Parlamenti Ukrayna üçün 90 milyard avroluq kreditin sürətləndirilmiş nəzərdən keçirilməsini təsdiqlədi.