Rusiya elm sahəsində beynəlxalq əməkdaşlığa açıqdır. SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Rusiya hökumətinin elm və texnologiya sahəsində mükafatlandırma mərasimində Rusiyanın baş naziri Mixail Mişustin deyib. ...Biz beynəlxalq əməkdaşlığa açıq qalırıq,-deyən Mişustin vurğulayıb ki, ölkə üzrə universitetlərdə laboratoriyalar açılır və maliyyə dəstəyi verilir.
Eyni zamanda, Rusiyanın elmi və texnoloji inkişafının ən prioritet sahələrində tədqiqat aparan aspirantlara eləcə də adyunktlara aylıq ödənilən 75 min rubl məbləğində mühüm təqaüd təsis edilib. Onlar üçün bir sıra fərdi təqaüdlər də artırılıb.
Baş nazirin qeyd etdiyi kimi, Rusiya Prezidenti Vladimir Putinin tapşırığına əsasən hökumət meqaqrant proqramını yenilədi, maliyyələşməni və innovasiyaların yaradılması üçün vaxt çərçivələrini artırdı. Gənc alimlər bu proqramda iştirak edə bilər və iki il ərzində layihələr üçün hər il 15 milyon rubl ala bilərlər.
Əli Babayev
Müharibə 2022-ci ildən bəri necə dəyişib...
Alimov BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etməyəcək...
Söhbət artıq qeyri-rəsmi pərdəarxası müzakirələrdən kənara çıxır...
Artıq hər şeyin harada və nə vaxt başlayacağı məlumdur...
Rusiya hərbi müxbirləri qarşıdan gələn məğlubiyyəti gözləyərək donub qalıblar...
Ukraynadakı çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün…
Rusiyada 1,5 milyon işçi çatışmazlığı var...
Dronların geniş istifadəsi Ukrayna Silahlı Qüvvələrinin əsas silahına çevrilib...
Hətta Rusiyada belə insanlar diktaturanın nə qədər baha başa gəldiyini anlamağa başlayırlar…
Con Heli Estoniyadan qayıdırdı…