PDF Oxu

Dünya

  • 4 475

Avropa Parlamenti Gürcüstandakı seçkiləri tanımadı...

Və təkrar seşkilər keçirməyə çağırdı...

Avropa Parlamenti Gürcüstandakı seçkiləri tanımadı...

Pozuntulara görə Avropa Parlamenti Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini tanımayıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, cümə axşamı, noyabrın 28-də Avropa Parlamenti Avropa İttifaqına namizəd ölkə olan Gürcüstanda keçirilən parlament seçkilərini nə azad, nə də ədalətli keçirilmədiyinə görə pisləyən qətnamə qəbul edib.

...Avropa Parlamenti deputatları çoxsaylı və ciddi seçki pozuntularını, o cümlədən seçicilərin hədələnməsi, səslərin manipulyasiyası, seçki müşahidəçilərinə və mediaya müdaxilə, elektron səsvermə maşınlarının manipulyasiyası ilə bağlı məlumatların sənədləşdirilmiş hallarını pisləyir.

Bu, bəyanatda deyilir.

...Avropa Parlamenti qeyd edir ki, səsvermənin nəticələri "gürcü xalqının iradəsinin etibarlı əksi deyil" və nəticədə parlament seçkilərinin hər hansı tanınmasını rədd edir.

Avropa Parlamentinin deputatları seçkilərin yaxın beynəlxalq nəzarət və müstəqil seçki administrasiyası altında bir il ərzində təkrarlanmasını istəyir.

Parlament həmçinin Rusiyanın dezinformasiya yolu ilə Gürcüstandakı demokratik proseslərə sistemli müdaxiləsini qətiyyətlə pisləyir. Avropa Parlamentinin üzvləri Gürcüstan hakimiyyətinə ciddi şəkildə xəbərdarlıq edirlər ki, qanuni şəkildə yaradılmış siyasi partiyaları qadağan etmək cəhdləri ölkəni Avropa İttifaqından daha da uzaqlaşdıracaq və Avropa İttifaqına üzvlük istiqamətində istənilən addımı qeyri-mümkün edəcək.

Onlar da deyirlər ki, "Gürcü arzusu" siyasəti Gürcüstanın Avroatlantik inteqrasiyası ilə bir araya sığmır.

Əli Babayev

Digər xəbərlər

Obamanın şəxsi qələbəsi
Obamanın şəxsi qələbəsi

Əsas məsələ iki ay ərzində aydın olacaq...

“Kremlin öz daxilində nifaq yaranıb...”
“Kremlin öz daxilində nifaq yaranıb...”

Putin necə öhdəsindən gələcək?

İran faktoru...
İran faktoru...

Yaxın Şərqdəki müharibə Vaşinqtonda siyasi mənzərəni necə dəyişdirdi...

Kiyev əlavə dəstəyə arxalana bilər..?
Kiyev əlavə dəstəyə arxalana bilər..?

Demokratların qələbəsi Ukrayna üçün nəyi dəyişəcək...

Putinin yapışqan yalanları...
Putinin yapışqan yalanları...

Rusiyanın silinməz rüsvayçılığı...

NYT: Vens dağıdıcı seçkidən sonra Trampdan uzaqlaşmağa çalışır...
NYT: Vens dağıdıcı seçkidən sonra Trampdan uzaqlaşmağa çalışır...

Ola bilər ki, bu, ABŞ prezidentinin özünün razılığı ilə baş verir...

Trampın tarixi məğlubiyyətinin beş nəticəsi...
Trampın tarixi məğlubiyyətinin beş nəticəsi...

Səsvermənin nəticələri hazırkı prezidentin müasir Amerika tarixində ən böyük məğlubiyyətlərindən biri oldu və...