Almaniyanın Elmshorn şəhərində Milad bayramı ərəfəsində terror aktı hazırlamaqda şübhəli bilinən gənc saxlanılıb. SİA xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.Bildirilib ki, 17 yaşlı şəxs yük maşınını kütlənin üzərinə sürmək niyyətində olub.Şübhəlinin bomba hazırlamaq üçün komponentlər aldığı da müəyyən edilib. Gəncin İraq və Mərakeşdən olan radikallarla əlaqədə olduğu məlum olub.Bundan əvvəl İsrailin Münhendəki Konsulluğu yaxınlığında atışma zamanı polis tərəfindən öldürülən şəxsin ekstremist olduğu məlum olub.
Ukrayna qəzetindəki məqalənin yadplanetlilərin hücumu ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi sənədlərinin əsası olduğu müəyyən edilib
Bərələr Odessa limanından, Çernomorskdan Batumiyə yola düşüb.