...Ukraynanın aldığı hərbi yardımın demək olar ki, hamısı, yəni 99 faizi NATO müttəfiqləri tərəfindən həyata keçirilib. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi deyib.
O qeyd edib ki, NATO ölkələrinin Ukraynaya dəstəyi "kritik dərəcədə vacibdir". Kiyevə verilən hərbi dəstəyin 99 faizi alyansdakı müttəfiqlər tərəfindən təmin edilib, - Lammi əlavə edib.
Bunun fonunda o, "Ukraynanın qələbəsini təmin etmək üçün NATO ölkələrinin səylərini artırmağın" zəruriliyini bəyan edib.
Böyük Britaniyanın xarici işlər naziri bu məsələni alyans dövlətlərinin xarici işlər nazirlərinin görüşündə qaldırmaq niyyətini açıqlayıb.
O, həmçinin onları müdafiə xərclərini artırmağa çağırmağı planlaşdırdığını bildirib.
Xatırladaq ki, Rusiya dəfələrlə Ukraynaya silah tədarükünün nizamlanmaya mane olduğunu, NATO ölkələrini birbaşa münaqişəyə cəlb etdiyini və "odla oynadığını" bəyan edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.
Əli Babayev
Müqaviləyə əsasən, Riyad və Ciddə başda olmaqla böyük şəhərlərdə tikiləcək 400 min yeni ev üçün Türkiyə şirkətlərinə üstünlük veriləcək