"L’Observatoire des inégalités" Assosiasiyasının son hesabatında Fransada yoxsulluğun, sosial qeyri-bərabərliyin daha da kəskinləşdiyi açıqlanıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hesabatda 5,1 milyon insanın 2022-ci ildə orta gəlirin 50 faizi və ya bir nəfər üçün ayda 1014 avro təşkil edən yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. 2002-ci illə müqayisədə 1,4 milyon nəfər çox olan bu rəqəm iyirmi il ərzində yoxsulluğun səviyyəsinin 6,6 faizdən 8,1 faizə yüksəldiyini göstərir.
Hesabatın müəllifləri Lui Morən və Ann Brune möhkəm sosial modelə malik olmasına baxmayaraq, ölkədə həddindən artıq təhlükəli vəziyyətin davam etdiyini bildiriblər. "Dünyanın ən yaxşı sosial sistemlərindən birinə sahibik, lakin sosial müavinətlərdən əvvəl yaşayış səviyyəsi aşağı düşür və bu, dərin struktur zəifliklərini ortaya qoyur", - deyə L.Morən yazıb.
Hesabatda bildirilir ki, yoxsulluq əhalinin müəyyən kateqoriyalarına xüsusilə təsir edir. Subay insanlar (12,8%), təkvalideynli ailələr (19,2%) və immiqrantlar (18,8%) yoxsulluğun təsirinə daha çox məruz qalırlar. İnteqrasiya etməkdə çətinlik çəkən yaşı 30-dan az olan gənclər və əlilliyi olan şəxslər arasında da yoxsulluğun səviyyəsi yüksəkdir.
Hesabatın müəllifləri müvafiq siyasi cavabların olmamasını pisləyir və qeyd edirlər ki, ənənəvi partiyalar bu suallarla nisbətən az maraqlanır. Bu siyasi maraqsızlıq həlledici rol oynayan, lakin çox vaxt lazımınca qiymətləndirilməyən yerli aktorların – müəllimlərin, sosial işçilərin, assosiasiyaların öhdəlikləri ilə ziddiyyət təşkil edir.
Yoxsulluğun davamlı xarakter alması ilə əlaqədar hesabatda sosial qeyri-bərabərliyi azaltmaq və Fransa sosial modelini gücləndirmək üçün struktur islahatları tələb olunur. Fransızların üçdəbiri yoxsula çevrilmək riskindən narahat olduğunu deyir.
O, aldatma yolu ilə ölkəyə gətirilib..?
Ukrayna kəşfiyyatı detalları öyrənib...
Avropa Parlamenti Ukrayna üçün 90 milyard avroluq kreditin sürətləndirilmiş nəzərdən keçirilməsini təsdiqlədi.
ABŞ ordusu "çox aydın təlimatlar" aldı...
Amerika Birləşmiş Ştatlarının Prezidenti yalnız gücə və qüdrətə hörmət edir...
Müttəfiqlər böhrandan daha birləşmiş şəkildə çıxa bilərlər...