Monteneqroda iki keçmiş kənd təsərrüfatı naziri korrupsiya ittihamı ilə həbs edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Monteneqronun Xüsusi Dövlət Prokurorluğu iki keçmiş kənd təsərrüfatı naziri - Petar İvanoviç və Milutin Simoviç barəsində həbs qətimkan tədbiri seçib. Keçmiş nazirlər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir, eyni zamanda, Monteneqro dövlətinə yüz minlərlə avroya başa gələn vəsaitləri seçilmiş qeyri-hökumət təşkilatlarına yönəltməkdə ittiham olunurlar.
Qeyd edək ki, Milutin Simoviç 2016-2020-ci illərdə Baş nazirin müavini və kənd təsərrüfatı naziri olub.
Nazirlərlə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin keçmiş dövlət katibi, Maliyyə, Mühasibat uçotu və Dövlət Satınalmaları Departamentinin keçmiş rəhbəri Nemanya Katniç də həbs edilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...