İtaliyanın Venesiya şəhərinin sahillərində gizli ada peyda olub. SİA xəbər verir ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Venesiya laqununda maraqlı təbiət hadisəsi baş verib. Əsrlər boyu qısa müddət ərzində - yalnız yay aylarında görünən Bacan adası indi laqunun daimi hissəsinə çevrilib. 2020-ci ildə Venesiyanı daşqınlardan qorumaq üçün tikilən “Mose” adlı sel baryeri istifadəyə verildikdən sonra ada dalğalara qarşı müqavimət qazanıb və ərazisi getdikcə böyüyüb. Sant'Erasmo adası ilə Lido limanı arasında yerləşən bu qum adasının uzunluğu hazırda 260 metr, eni isə 10 metrdir. Burada artıq bitki örtüyü də formalaşıb.İnsan və təbiət arasındakı kövrək tarazlığın simvolu sayılan Venesiya laqununun bənzərsiz gözəlliyi və tarixi əsrlər boyu turistlərin diqqət mərkəzində olub. Bu ada çimərlik həvəskarı olan yerli sakinlər, eləcə də turistlər üçün yeni istirahət məkanına çevrilə bilər.Lakin mütəxəssislər ərazinin ekosistemindən narahatdırlar. Onların fikrincə, bu, laqunun zərif ekosisteminə mənfi təsir göstərə bilər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...