Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili isveçrəli jurnalistlərlə söhbətində dekabrın 29-da səlahiyyət müddəti bitdikdən sonra mandatını verməkdən imtina etdiyini vurğulayıb. SİA yerli mənbəyə istinadən yazır.
Şənbə günü, dekabrın 14-də Gürcüstan parlamentinin binasında ölkənin yeni prezidenti seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hakim "Gürcü arzusu" partiyasının namizədi Mixail Kavelaşvilinin respublika prezidenti seçildiyini açıqlayıb. Siyasətçi 300 səsdən 224 səs toplayıb.
Bunun fonunda Gürcüstanın baş naziri İrakli Kobaxidze hazırkı prezident Zurabişvilinin dekabrın 29-da prezident sarayını tərk edəcəyinə əminliyini bildirib.
Jurnalistlər Zurabişvilidən onun mandatından imtina edib-etməyəcəyini və ya payızda ifadə olunan imtina ilə bağlı mövqeyinin hələ də qüvvədə qalıb-qalmadığını soruşublar.
...Bəli, heç nə dəyişməyib, - deyə dövlət başçısı qeyd edib.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...