Mayotda “Şido” qasırğasından sonra ölənlərin sayı 20 nəfərə çatıb. SİA TASS-a istinadən xəbər verir ki, bunu Fransanın Baş naziri Fransua Bayru deyib. “Bu günə olan məlumata görə, yaralananların sayı 1700 nəfərə çatıb ki, onların da 200-ü ağır durumdadır”, - F.Bayru bildirib. O, bu rəqəmlərin yekun göstərici olmadığını, ölən və yaralananların sayının arta biləcəyini vurğulayıb.Qeyd edək ki, Mayotda “Şido” qasırğası dekabrın 14-də başlayıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...