Amerika Birləşmiş Ştatlarının Mərkəzi Bankı (FED) uçot dərəcəsini 25 baza bəndi azaldaraq 4,25-4,50 faiz intervalına endirib.
SİA-nın məlumatına görə, FED iki gün davam edən ilin son iclasında faiz endirimi qərarı qəbul edib. 25 baza bəndlik yeni endirimlə bankın uçot dərəcəsi 4,25-4,50 faiz intervalına düşüb.
Sentyabr ayında 4 ildən sonra ilk dəfə faiz endirən FED uçot dərəcəsini 50 baza bəndi azaltmışdı. Noyabr ayında isə FED uçot dərəcəsini daha 25 baza bəndi endirmişdi. Son qərarla birlikdə Bank ardıcıl üç iclasda faiz endirimini davam etdirib.
Bu il ərzində həyata keçirilən ümumi faiz endirimi 100 baza bəndinə çatıb.
Bankın inflyasiya proqnozları isə bu il üçün 2,3 faizdən 2,4 faizə, 2025-ci il üçün isə 2,1 faizdən 2,5 faizə yenilənib.
Könüllü Geri Qayıdış bölməsindəki prosedurları tamamladıqdan sonra ölkələrinə qayıdırlar