Qrenlandiya satılmır və heç vaxt satılmayacaq. SİA-nın məlumatına görə, Qrenlandiyanın baş naziri Mute Egede ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın adanın alınması ilə bağlı sözlərinə belə cavab verib.
Tramp bundan əvvəl sahibkar Ken Hoverini Amerikanın Danimarkadakı səfiri vəzifəsinə təyin etmişdi. O, qərarını ABŞ-ın Qrenlandiyaya sahib olmasının "mütləq zəruriliyi" ilə izah edib.
...Qrenlandiya bizimdir. Satılmırıq və heç vaxt satılmayacağıq. Azadlıq uğrunda uzun mübarizəmizi itirməməliyik.
Bunu Mute Egede bildirib.
Xatırladaq ki, 1953-cü ilə qədər Qrenlandiya Danimarkanın koloniyası idi. O, hələ də krallığın bir hissəsi olaraq qalır, lakin 2009-cu ildə özünüidarəetmə və daxili siyasətdə müstəqil seçim imkanı ilə muxtariyyət alıb.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...