Dünya Bankının proqramı çərçivəsində Ukraynanın dövlət büdcəsinə bir milyard dollar tranş daxil olub. SİA xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, tranş Yaponiya hökumətinin zəmanəti ilə 567 milyon dollar və Böyük Britaniya hökumətinin zəmanəti ilə 483 milyon dollardan ibarətdir.
...Yaldırılan vəsait iqtisadi inkişaf potensialının artırılmasına və Ukraynanın dövlət büdcəsinin prioritet sosial və humanitar xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək. Biz Dünya Bankına, Yaponiyaya və Böyük Britaniyaya bu çətin dövrdə dövlət büdcəsinə əhəmiyyətli dəstəyə görə minnətdarıq, - deyə Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib.
Qeyd olunur ki, DPL layihəsinin məqsədi Ukraynada islahatların həyata keçirilməsinə dəstək verməkdir. Beləliklə, Ukrayna proqram tələblərinin icrasının nəticələrinə əsasən müvafiq tranşı alır.
Maliyyə Nazirliyi qeyd edib ki, bu tranşın ayrılmasına qədər gömrük və vergi siyasəti, korrupsiyaya qarşı mübarizə, dövlət müəssisələrinin dəstəklənməsi, özəl sektorun və logistika infrastrukturunun inkişafı sahələrində davamlı artımın təmin edilməsi istiqamətində nəticələr əldə edilib.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...