Efiopiya və Somalinin kəşfiyyat qurumu başçıları Türkiyənin vasitəçiliyi ilə əldə olunan Ankara Bəyannaməsi ilə bağlı öhdəlikləri bir daha bəyan ediblər. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Efiopiya Kəşfiyyat İdarəsi direktoru Redvan Hussien sosial media platformasındakı yazısında bildirib: "Görüş zamanı Ankara Bəyannaməsinə sadiqliyimizi bir daha təkrarladıq. Hər iki dövlət bəyannamənin həyata keçməsinə çalışır. Bundan əlavə, tərəqqi naminə razılaşmanı istəməyən bədxah insanları uzaqlaşdırmaq üçün qarşılıqlı razılığa gəldik".
Ankara Prosesi
1991-ci ildə Somalidən birtərəfli müstəqilliyini elan edən Somalilənd ilə Efiopiya arasında 2024-cü ilin 1 yanvarında imzalanan anlaşma memorandumu regional gərginliyi artırıb.
Efiopiyanın Somaliləndi müstəqil ölkə kimi tanıması və Somalinin Efiopiyaya dənizə çıxışı təmin etməyə hazırlaşması Somali hökumətinin böyük reaksiyasına və böhrana səbəb olub. Ərəb Liqası, Afrika İttifaqı, Keniya və Cibutinin böhrandan çıxmaq cəhdləri uğursuz alınıb.
Ankara Prosesi çərçivəsində Türkiyənin tərəfləri bir araya gətirməsi və dekabrın 11-də prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə paytaxt Ankarada dövlət başçılarının bir araya gəlməsilə problemin həllində gərginlik azalıb. Artıq razılaşmaya əsasən, Somalinin ərazi bütövlüyü təsdiqləndi, Efiopiyanın dənizə çıxış tələbləri hər iki tərəfin xeyrinə olacaq əməkdaşlıq prosesinə çevrildi.
Tərəflər 2025-ci ilin fevral ayının sonuna qədər Türkiyənin yardımı ilə texniki başlanacaq danışıqları 4 ay ərzində yekunlaşdırmaq niyyətindədir.
Xatırladaq ki, 2024-cü il dekabrın 12-də Türkiyənin vasitəçiliyilə imzalanan Ankara Bəyannaməsi Afrika Buynuzu qonşuları arasında son vaxtlar gərginliklə bağlı münasibətlərdə dönüş nöqtəsi olub.
O, Starbase adlanacaq.