NATO-nun baş katibi Mark Rutte sualtı kabellərin qırılması ilə təxribat hallarının artması fonunda alyansın Baltik dənizində mövcudluğunu artıracağını vəd edib. SİA xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
...Finlandiya Prezidenti Aleksandr Stubb ilə sualtı kabellərin mümkün təxribatla bağlı Fin araşdırmasını müzakirə etdik. Tam həmrəyliyimi və dəstəyimi bildirdim. NATO Baltik dənizində hərbi mövcudluğunu gücləndirəcək.
Bunu Şimali Atlantika Alyansının rəhbəri bildirib.
Daha əvvəl Finlandiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Kuk adalarının bayrağı altında neft tankeri olan Eagle S-ni Finlandiyada EstLink 2 sualtı kabelinə ziyan vurmaqda şübhəli bilinərək saxlayıblar.
Əli Babayev
Könüllü Geri Qayıdış bölməsindəki prosedurları tamamladıqdan sonra ölkələrinə qayıdırlar
Konqres Türkiyə Prezident Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsinin dəstəyi ilə təşkil olunacaq