"Səmanın Ferrarisi" olaraq tanınan İtaliyanın aviasiya şirkəti "Piaggio Aerospace"in Türkiyənin müdafiə sənayesi şirkəti "Baykar"a satışı təsdiqləndi. SİA-nın məlumatına görə, mütəxəssislər bu alımın həm "Baykar", həm də Avropa üçün ciddi üstünlüklər təmin etdiyini qeyd edirlər. Avropa İttifaqı (Aİ) ölkələrinin ABŞ-dan tam asılı olmasının mənfi nəticələrini yaşadıqları bir dövrdə bu addımın xilas yolu ola biləcəyi vurğulanır.
Müdafiə Sənayesi üzrə mütəxəssis Kadir Doğan "Rusiya-Ukrayna müharibəsi əslində Avropa ölkələrinin müdafiə sənayesi baxımından necə çıxılmaz vəziyyətdə olduğunu göstərdi. Qitə Avropası ABŞ-a nə qədər asılı olduğunu bu müharibə ilə anladı. İndi çıxış yolu axtarırlar. Onlara məxsus müdafiə sənayesi şirkətləri və ya həyata keçirdikləri layihələrin əksəriyyətində ciddi problemlər mövcuddur. Əgər bu şirkətləri Çin və ya Rusiya şirkətlərinə satsalar, tamam başqa problemlərlə qarşılaşacaqlar. Onlar da bunun fərqindədirlər",- deyə bildirdi.
İtaliyanın doğru bir qərar qəbul etdiyini və Türkiyəyə qapı açdığını vurğulayan Kadir Doğan "Avropada Türkiyə müdafiə sənayesinə imkan yaradılarsa, bundan ən çox fayda əldə edən onlar olacaq. İçində olduqları vəziyyətdən xilas yolu türk müdafiə sənayesi şirkətləri ilə daha sıx əməkdaşlıq etməkdir. "Baykar" dəyərli bir başlanğıcdır və yaxın gələcəkdə buna bənzər xəbərləri eşidəcəyimizə inanıram" ifadələrini işlətdi.
Könüllü Geri Qayıdış bölməsindəki prosedurları tamamladıqdan sonra ölkələrinə qayıdırlar
Konqres Türkiyə Prezident Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsinin dəstəyi ilə təşkil olunacaq