Böyük Britaniyada sıx duman səbəbindən aviasiya sahəsində xaos yaranıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Qatvik, Hitrou və Mançester hava limanlarında onlarla reys təxirə salınıb və ya ləğv edilib. Sıx dumanın əsasən ölkənin cənub-şərq və mərkəzi bölgələrinə enəcəyi və görünüş məsafəsini 100 metrə qədər məhdudlaşdıracağı proqnozlaşdırılır.
Bu gün Hitrou hava limanında 20 reys ləğv edilib, 29 reysdə isə gecikmə müşahidə olunub. Gatvik hava limanında isə bir reys ləğv edilib, 26 reys gecikir. Mançester hava limanında da oxşar vəziyyətlər qeydə alınıb.
Gatvik hava limanının sözçüsü sərnişinlərdən yaranan narahatlığa görə üzr istəyərək deyib: "Zəif görüş səbəbindən müvəqqəti hava trafik məhdudiyyətləri tətbiq edilib. Gün ərzində bəzi reyslər gecikə bilər".
Duman səbəbindən yaranan bu məhdudiyyətlər bayram mövsümündə səyahət planlarına ciddi təsir edib. Təyyarə ilə səyahət edənlərdən hava limanlarına yola düşməzdən əvvəl reyslərini yoxlamaları tövsiyə olunur.
Könüllü Geri Qayıdış bölməsindəki prosedurları tamamladıqdan sonra ölkələrinə qayıdırlar
Konqres Türkiyə Prezident Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsinin dəstəyi ilə təşkil olunacaq