Yerevan Belarusdakı səfiri Razmik Xumaryanı Minskə qaytarmaq niyyətində deyil.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu ilin iyununda geri çağırılandan sonra diplomat daha Minskə gəlməyib.
"Pozirk"in məlumatına görə, iyunun 13-də Ermənistanın baş naziri Nikol Paşinyan Lukaşenkonun Minskdə hakimiyyətdə olduğu müddətdə nə onun, nə də ölkənin başqa rəsmi nümayəndəsinin Belarusa getməyəcəyini bildirib.
O, bunu Lukaşenkonun mayın ortalarında Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Qarabağ münaqişəsi ilə bağlı açıqlamaları kontekstində deyib.
Baş nazirin bəyanatından sonra səfir Xumaryan məsləhətləşmələr üçün İrəvana geri çağırılıb. Buna cavab olaraq Minsk öz səfiri Aleksandr Konyuku Ermənistandan geri qaytarmışdı (XİN-in məlumatına əsasən, o, yayın sonunda İrəvana qayıdıb).
Dekabrın 26-da Avrasiya İqtisadi İttifaqının sammitində videobağlantı vasitəsilə çıxış edən Paşinyan 2025-ci ilin mayında Avrasiya İqtisadi İttifaqı ölkələri başçılarının növbəti görüşü üçün Minskə gəlməkdən açıq şəkildə imtina edib.
Əli Babayev
Könüllü Geri Qayıdış bölməsindəki prosedurları tamamladıqdan sonra ölkələrinə qayıdırlar
Konqres Türkiyə Prezident Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsinin dəstəyi ilə təşkil olunacaq