Birləşmiş Ştatlar Prezidenti Co Bayden 9 yanvar 2025-ci il tarixini ABŞ-də milli matəm günü elan edib. SİA xəbər verir ki, məlumat Ağ Evin saytında yerləşdirilib.
Qeyd olunur ki, qərar ABŞ-nin sabiq prezidenti Cimmi Karterin 100 yaşında vəfatı ilə bağlıdır.
"Kədərimizə şərik olmaq üçün insanları bu vida tədbirinə qoşulmağa dəvət edirəm", - Co Baydenin imzaladığı bəyanatda qeyd olunur.
Qeyd edək ki, ABŞ-nin keçmiş dövlət başçısı dekabrın 29-da Corciya ştatının Pleyns şəhərində öz evində vəfat edib. C.Karter ABŞ-nin 39-cu prezidenti olub və 1977-1981-ci illərdə bu vəzifədə çalışıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...