Zimbabvedə ölüm hökmü ləğv edilib. SİA xəbər verir ki, prezident Emmerson Mnanqavanın 31 dekabrda imzaladığı fərman yanvarın 1-də qüvvəyə minib. Barəsində ölüm hökmü çıxarılmış şəxslərin cəzaları ömürlük həbslə əvəzlənib.
Ölkədə ölüm hökmünün icrasına 2005-ci ildən moratorium qoyulsa da, məhkəmələr hökm çıxara bilirdi. Artıq bu gündən prokurorlar ölüm hökmü çıxarılmasını tələb edə, məhkəmələr isə bu cəzanı təyin edə bilməz.
2024-cü ilin yanvarına olan məlumata görə, ölkədə təxminən 60 nəfər barəsində ölüm hökmü çıxarılan şəxs var.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...