"Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan təyyarənin registratorları şifrənin açılması üçün təyyarənin istehsal olunduğu Braziliyaya göndərilib". SİA xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Ana Tili" qəzetinə müsahibəsində danışıb.
Dövlət başçısının sözlərinə görə, fövqəladə vəziyyətin səbəblərini araşdırmaq üçün hökumət komissiyası yaradılıb, 17 beynəlxalq ekspert, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Dövlətlərarası Aviasiya Komitəsi (IAC) dəvət olunub. "Komissiya uçuş qeydlərini deşifrə etmək üçün təyyarənin istehsal olunduğu Braziliyaya göndərmək qərarına gəldi. Əminəm ki, bu, istintaqın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün yeganə düzgün qərardır", - Tokayev bildirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...