Macarıstan xarici işlər naziri Peter Siyarto ölkəsinin Suriyadakı səfirliyinin tezliklə açılacağını bildirib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə nazir "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verib. Onun sözlərinə görə, bu Yaxın Şərq ölkəsində həftələrlə davam edən döyüşlərdən sonra vəziyyət sabitləşib və buna görə də Macarıstanın Dəməşqdəki diplomatik missiyasının işini bərpa etmək qərarı verilib.
Bu, ölkədə baş verən hadisələr haqqında dəqiq məlumatı "birinci əldən" almağa və oradakı Macarıstan vətəndaşlarının maraqlarına xidmət etməyə imkan verəcək.
Nazir vurğulayıb ki, Budapeşt Yaxın Şərqdə sabitlikdə, ölkəsinin humanitar yardım göstərdiyi xristian icmasının təhlükəsizliyi və rifahında maraqlıdır.
P. Siyarto onu da bildirib ki, Macarıstan səfiri Suriyadakı hər iki xristian konfessiyasının liderləri ilə görüşən yeganə Qərb diplomatıdır. Onlar da öz növbəsində "təəssüf ki, bu günlərdə Avropa dövlətləri tərəfindən getdikcə azalan" diqqət və həmrəyliyə görə diplomata təşəkkür ediblər, - deyə Macarıstan xarici siyasət idarəsinin rəhbəri yazıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...