2025-ci ildə 61 nəfər La-Manş boğazından kiçik qayıqlarla Böyük Britaniyaya qanunsuz daxil olub. SİA xəbər verir ki, ilin ilk günlərində qeyri-sabit hava şəraiti qanunsuz keçidlərə fasilə versə də, artıq rəsmilər 61 şəxsin qanunsuz yolla ölkəyə daxil olduğunu təsdiqləyiblər.Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, hökumət kiçik qayıqlarla təhlükəli keçidlərin qarşısını almaq üçün bütün mümkün tədbirləri görür. Bu keçidlər təkcə insan həyatını təhlükəyə atmaqla kifayətlənmir, həm də sərhəd təhlükəsizliyini pozur.Xatırladaq ki, Daxili İşlər Nazirliyinin açıqladığı rəqəmlərə görə, 2024-cü ildə 36 816 nəfər kiçik qayıqlarla La-Manş boğazını keçməyə müvəffəq olub.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...