Birləşmiş Ştatlar regional müttəfiqlərinin raket texnologiyalarına çıxışını genişləndirmək üçün ixraca nəzarət qaydalarına dəyişiklik edib. Bu barədə Ağ Evin saytındakı izahat qeydində deyilir. Yanvarın 3-də prezident Co Bayden milli təhlükəsizlik memorandumunun bəzi müddəalarını dəyişdirərək lazımi düzəlişlər etdi. Sənəd AUKUS blokundan ABŞ tərəfdaşlarının, xüsusən də Böyük Britaniya və Avstraliyanın onlara çıxışını təmin etmək üçün raket texnologiyalarının ixracı siyasətini modernləşdirməyə yönəlib.
ABŞ administrasiyası əlavə edib ki, 1-ci kateqoriya raketlərin, pilotsuz uçuş aparatlarının və kosmos daşıyıcı sistemlərinin “güclü ixrac nəzarəti olan” ölkələrə təhvil verilməsinə ciddi diqqət yetirəcək.
Raket Texnologiyalarına Nəzarət Rejimi, raketlərin yayılmamasını təmin etmək üçün yaradılmış ABŞ və Rusiya da daxil olmaqla 35 ölkənin qeyri-rəsmi birliyidir.
AYSEL
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...