İranda həbs olunmuş italiyalı jurnalist Sesiliya Sala azad edilib və İtaliyaya göndərilib. SİA xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, diplomatik və kəşfiyyat kanalları vasitəsilə aparılan gərgin iş sayəsində Sesiliya Sala İran hakimiyyəti tərəfindən azad edilib və ölkəyə göndərilib. Bildirilir ki, jurnalistin olduğu təyyarə artıq Tehrandan havaya qalxıb.
Baş nazir Ciorcia Meloni jurnalistin geri qaytarılmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib, Sesiliyanın valideynləri ilə telefon danışığı aparıb.
İtaliya Prezidenti Sercio Mattarella da Sesiliya Salanın vətənə qayıtması münasibətilə Baş nazir Ciorcia Meloniyə təbrikini çatdırıb və jurnalistin valideynlərinə zəng edib.
Xatırladaq ki, italiyalı jurnalist Sesiliya Sala dekabrın 19-dan İranda həbs olunmuşdu.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...