Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bir televiziya kanalında Suriyada nəqliyyatın yeni dövrü ilə bağlı açıqlamalar verib. O, Dəməşqdəki hava limanının beynəlxalq uçuşlara hazır vəziyyətə gətirilməli olduğunu vurğulayaraq 4 aylıq müddət ərzində Suriyaya uçuşların başlaya biləcəyini bildirib.
SİA-nın məlumatına görə, nazir "Əgər İstanbulla Dəməşq arasında birbaşa əlaqəni təmin edə bilsək, bu, onları bütün dünyaya açmış olacaq. Bu istiqamətdə işlərimiz davam edir"- deyə qeyd edib.
Suriyanın yenidən qurulması prosesinə də toxunan A.Uraloğlu "Suriya bir çox malların təmin edilə biləcəyi bir ölkədir. Görüləcək çox işimiz var. Oranın sabitliyi bizim üçün çox önəmlidir. Biz artıq 3 əməliyyat bölgəmizdə və müxalifət bölgələrində həm yolların təmiri, həm körpülərin bərpası kimi işlər görmüşük. Orada bir təcrübəmiz var və bu işləri davam etdirəcəyik" deyə danışıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...