...Nijnekamskdan Moskvaya uçan təyyarənin sərnişini əl yükündə iki bomba olduğunu deyib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə REN TV yazır.
Telekanalın məlumatına görə, təyyarə Şeremetyevoda təhlükəsiz eniş edib. əə
Enişdən dərhal sonra itlər təyyarəyə gətiriliblər.
Hazırda hadisəni törədən şəxs saxlanılaraq polisə aparılıb. Daxili hissəyə baxış zamanı məlum olub ki, həmin şəxsin yanında heç bir təhlükəli qurğu-filan olmayıb.
Narazılığın sərnişinlərdən birini bıçaqlaması ilə bağlı məlumat hələ ki, təsdiqini tapmayıb.
Daha əvvəl bildirilmişdi ki, 2024-cü ilin martında Murmansk-Moskva reysi ilə uçan sərnişin əl yükündə təhlükəli əşyanın olması barədə məlumat verib.
Sonradan məlum olub ki, o, bu ifadəni xuliqanlıq motivləri ilə verib. Həmin şəxsə qarşı "terror aktı haqqında bilərəkdən yalan xəbər vermə" maddəsi ilə cinayət işi açılıb.
Nazlı Almuradova
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...