PDF Oxu

Dünya

  • 1 122

Alimlər şəkərli içkilərlə diabet arasında əlaqəni sübut ediblər

image

Rusiya şəkərli içkilərin həddindən artıq istehlakı nəticəsində yaranan şəkərli diabet xəstələrinin sayının artdığı ölkələr sırasındadır. Tərkibində çox miqdarda şəkər olan içkilər diabetin səbəbi kimi müəyyən edilmişdir. SİA-nın məlumatına görə, bu nəticəyə amerikalı və meksikalı tədqiqatçılar Qlobal Pəhriz Verilənlər Bazasının beynəlxalq əməkdaşlığı ilə 184 ölkənin məlumatlarını tədqiq edərək gəliblər.

Nature Medicine jurnalında dərc olunan materiala görə, 2020-ci ildə iki milyondan çox yeni tip 2 diabet hadisəsi və bir milyondan çox ürək-damar xəstəliklərinə şəkərli qazlı içkilər səbəb olduğu ortaya çıxıb.

Belə ki, araşdırmalara görə, Kolumbiyada bütün şəkərli diabet hallarının 48 faizi sodadan qaynaqlanır.

Rusiyada bu rəqəm daha aşağıdır.

Məlumatlara görə, son 30 ildə Rusiyanın hər 1 milyon yetkin əhalisinə şəkərli içkilərlə bağlı ürək və damar xəstəliklərinin yeni hallarının artması ildə təxminən 274 hadisə təşkil edib. Eyni zamanda alimlər xəbərdarlıq edirlər ki, şəkərli içkilərə olan məhəbbət şəkər xəstəliyindən əlavə, çəki artımına, insulin müqavimətinə, ürək xəstəliklərinə və maddələr mübadiləsində problemlərə səbəb ola bilər.

Eyni zamanda ən böyük mənfi təsiri gənclər və kişilər hiss edə bilər.

Nazlı Almuradova

Digər xəbərlər

"Rusiya Çinə neft və qaz tədarükü üzrə birinci yeri tutub"

Rusiya prezidenti Vladimir Putin Çin Sədri Si Cinpinlə videobağlantı vasitəsilə görüş keçirib.

İran iqtisadi sanksiyaların aradan qaldırılması üçün danışıqlara hazırdır

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə...

Türkiyənin ABŞ-a ixracı artıb

Türkiyənin keçən il ixracatını ən çox artırdığı ölkə 1 milyard 256 milyon dollarla ABŞ olarkən, bu ölkəyə ixrac 13 milyard dolları keçib.

Quterreş bəyanat verib

Quterreş BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) İsrail-Fələstin problemi ilə bağlı yüksək səviyyəli sessiyasında çıxış edib.

Boluda baş verən yanğında 66 nəfər həyatını itirib

Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya yanğınla bağlı verdiyi açıqlamada bildirib...

Ersin Tatar Nikos Xristodoulides ilə görüşüb

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) prezidenti Ersin Tatar Cənubi Kıbrıs Rum İdarəsinin rəhbəri Nikos Xristodoulides ilə görüşüb.