Nəzarətdən çıxan tanker Baltik dənizindəki Rügen adasının şimalına doğru sürüklənir. SİA "Bild"-ə istinadən xəbər verir ki, hadisə yerində işləyən Dəniz Xilasetmə Xidmətinin məlumatına görə, tankerin göyərtəsində təxminən 99 min ton neft var.
Söhbət Panama bayrağı ilə üzən "Eventin" tankerindən gedir. 248 metr uzunluğundakı gəmi Rusiyanın Ust-Luqa limanında neft yükləyib və yanvarın 6-da yola düşüb.
Son yer Misirdə Port Səid olaraq verilib.
Deyilənlərə görə,"Eventin" tankerinin 18 yaşı var və Rusiyanın Ukraynadakı müharibə ilə əlaqədar tətbiq etdiyi Qərb sanksiyalarından yan keçmək üçün istifadə edilən "kölgə donanması"nın bir hissəsidir.
Rusiyanın kölgə donanmasına texniki vəziyyətdə olan 100-dən çox tanker və digər yük gəmiləri daxildir. Onlar Baltik dənizində başqa ölkələrin bayraqları altında üzürlər və onların sahibləri çox vaxt naməlum qalır.
Əli Babayev
Mətbuat katibi Peskovdan möhtəşəm bir şərh...
“Mühasib” Merts yenə də Kremlə hər cəhətdən xoş bir insan kimi görünəcək...
“Dəhşətli və amansız” Putinə nə oldu?
Rusiya vətəndaşlarının ölkədən çıxışı avtomatik olaraq qadağan olunacaq...
Netanyahu İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərini tənqid edən bir filmə görə İsrail rejissorlarının vətəndaşlığının ləğvi çağırışlarına qoşulub...
Putinin agentləri Vaşinqton yaxınlığında sui-qəsd planlaşdırıblarmı?