PDF Oxu

Dünya

  • 1 028

Stefan Dujarrik Qəzzadakı humanitar vəziyyəti qiymətləndirib

BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında Qəzzadakı vəziyyəti qiymətləndirib

image

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Qəzzaya planlaşdırılan yardım əməliyyatlarının bəzilərinin həyata keçirilməsinə mane olduğunu açıqlayıb.

SİA-nın məlumatına görə, BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında Qəzzadakı vəziyyəti qiymətləndirib.

Stefan Dujarrik İsrailin dünən Qəzzaya daha əvvəl planlaşdırılan 21 yardım əməliyyatından yalnız 10-na icazə verdiyini bildirib. O, digər əməliyyatların qarşısının alındığını söyləyərək "İsrail səlahiyyətliləri BMT-nin Qəzzaya yardım səylərinə mane olmağa davam edir" – deyə qeyd edib.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) azalan yanacaq tədarükü ilə bağlı narahatlığını ifadə edən Stefan Dujarrik yanacaq çatışmazlığı səbəbindən telekommunikasiya xidmətlərində fasilələrin yaranacağını vurğulayıb.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdəki vəziyyətlə bağlı məlumat verən Stefan Dujarrik 2025-ci ilin ilk həftəsində "şiddətli mənzərənin" ortaya çıxdığını bildirib. O, İsrail qüvvələrinin biri uşaq olmaqla 3 fələstinlini öldürdüyünü və 38 nəfərin yaralandığını qeyd edib.

Digər xəbərlər

“Heç bir danışıqlar olmayacaq”

Monqolustanda genişmiqyaslı etiraz aksiyası keçirilir. Nümayişçilər nəyə nail olmağa çalışırlar?

Boris Conson Putinin "dəqiq tərifini verib"..?

Böyük Britaniyanın keçmiş baş naziri ona Rusiya imperiyasının artıq mövcud olmadığını xatırladıb...

Keniyada təyyarə qəzaya uğradı, ölənlər var

Qəza Keniyanın Malindi şəhəri yaxınlığında, Malindi-Mombasa şossesində baş verib

Stefan Dujarrik Qəzzadakı humanitar vəziyyəti qiymətləndirib

BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında Qəzzadakı vəziyyəti qiymətləndirib

Əsəd kömək üçün yalvardı, lakin Putin günlərlə ona məhəl qoymadı

Kreml lideri Suriyada baş verənlərdən qorxaraq uzaqlaşdı...