PDF Oxu

Dünya

  • 966

Tanzaniyada Afrika Enerji Sammiti keçiriləcək

image

Yanvarın 27-28-də Tanzaniyanın paytaxtı Dar əs-Salam şəhərində Afrika Enerji Sammiti keçiriləcək. Tədbir Afrika İnkişaf Bankı Qrupu, Dünya Bankı Qrupu və Afrika İttifaqının və Tanzaniya hökumətinin birgə əməkdaşlığı ilə baş tutacaq. SİA Afrika İnkişaf Bankının saytına istinadla xəbər verir ki, Afrika Enerji Zirvəsi qitənin dövlət və hökumət başçılarını, özəl sektor liderlərini, inkişaf tərəfdaşlarını, donor təşkilatlarını, sektor mütəxəssislərini, vətəndaş cəmiyyəti təmsilçilərini və akademik dairələrin nümayəndələrini bir araya gətirəcək.Sammitin məqsədi "Missiya 300" cəsarətli və iddialı planının həyata keçirilməsi üçün maliyyə resurslarının, tərəfdaşlıqların və tələb olunan siyasi öhdəliyin səfərbər edilməsi və təmin edilməsi, habelə Afrika ölkələrinin hazırda ümumi elektrikləşmə istiqamətində nailiyyətlərinin daha da artırılması məqsədilə müzakirələrin aparılmasıdır.Afrika İnkişaf Bankı yaydığı bəyanatda Afrikada elektrikləşməni sürətləndirmə məsələsinin təcili və həyata keçirilə bilən bir məqsəd olduğunu vurğulayıb.Qeyd edilməlidir ki, Dünya Bankı Qrupu və Afrika İnkişaf Bankı Qrupu inkişaf tərəfdaşları ilə birlikdə ötən ilin aprelində "Missiya 300" təşəbbüsünü irəli sürüblər. Planda qitədə 2030-cu ilə qədər 300 milyon insanın elektrikə çıxışını genişləndirmək nəzərdə tutulur.Afrika İnkişaf Bankı bildirib ki, təxminən 600 milyon afrikalının elektrik enerjisinə çıxışı yoxdur və bu, dünya üzrə enerji çatışmazlığının 83%-ni təşkil edir.

Digər xəbərlər